Bank Of Baku

Yeni doğulmuş körpəsini öldürməkdə şübhəli bilinən ana həbs edilib

Yeni doğulmuş körpəsini öldürməkdə şübhəli bilinən ana həbs edilib
# 21 iyul 2008 15:40 (UTC +04:00)
Tiflis APA. Gürcüstanın Kvemo Kartli bölgəsi üzrə Baş Daxili İşlər İdarəsinin əməkdaşları yeni doğulmuş körpəsini öldürməkdə şübhəli bilinən Gülnarə İsayevanı həbs ediblər. APA-nın məlumatına görə, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyinin mətbuat xidməti açıqlama yayıb. Açıqlamada bildirilir ki, Qardabani rayonunun Qaracalar kənd sakini, 1983-cü il təvəllüdlü G. İsayeva istintaqa ifadəsində cinayəti etiraf edib: “Uşağı dünyaya gətirdikdən sonra onu yun örtüyə bükərək çarpayının altına qoydum. Bir müddət sonra qayıtdım və uşağın öldüyünü gördüm”. Faktla bağlı “qəsdən adam öldürmə” maddəsi ilə cinayəti işi qaldırılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR