Bank Of Baku

Sabirabadda toy məclisində qətl baş verib

Sabirabadda toy məclisində qətl baş verib
# 22 iyul 2008 07:59 (UTC +04:00)
Sabirabad. Əlibəy Zeynalov-APA. Sabirabad sakini bıçaqla qətlə yetirilib. Rayon prokurorlu]undan APA-nın Mil-Muğan bürosuna verilən məlumata görə, iyulun 21-də saat 17.30 radələrində Güdəcühür kəndində toy məclisi zamanı Şirvan şəhəri, Nərimanov küçəsi 9, mənzil 35-də yaşayan, 1989-cu il təvəllüdlü Orucov Vüsal Akif oğlu münaqişə zəminində həmyaşıdı Sabirabad rayonunun Güdəcühür kənd sakini 1989-cu il təvəllüdlü Əliyev Sadiq Səxavət oğlunu bıçaqlayıb. Ciyər, mədə və mədəaltı vəzi nahiyəsindən yaralanan Sadiq Əliyev Şirvan şəhər xəstəxanasına çatdırılsa da, çoxlu qan itirdiyinə görə əməliyyat masasında dünyasını dəyişib. Vüsal Orucov şübhəli şəxs qismində saxlanılıb. Faktla bağlı Sabirabad rayon prokurorluğunda cinayət işi açılıb, tədqiqat aparılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR