Bank Of Baku

İlyas İsmayılovun oğlu Etimad İsmayılovun işi üzrə məhkəmə prosesi avqustun əvvəlində başlayacaq

İlyas İsmayılovun oğlu Etimad İsmayılovun işi üzrə məhkəmə prosesi avqustun əvvəlində başlayacaq
# 22 iyul 2008 10:09 (UTC +04:00)
Bakı. Ramil Məmmədli APA. Azərbaycan Ədalət Partiyasının sədri, Milli Məclisin deputatı İlyas İsmayılovun Rusiyada həbs olunan oğlu Etimad İsmayılovun işi üzrə məhkəmə prosesi avqustun əvvəlində başlayacaq. E. İsmayılovun vəkili Cərulla Ramazanovun APA-ya verdiyi məlumata görə, müdafiə tərəfi işə Moskvadakı məhkəmələrin birində baxılması iddiası ilə çıxış edib. Çelyabinsk şəhər Məhkəməsində işə baxılmasını istəməyən vəkil istintaq materialları ilə iyulun 30-da tanış olacağını deyib.
Qeyd edək ki, E. İsmayılov martın 25-də gecə Bakıdan Moskvaya qayıdarkən “Domodedovo” hava limanında Rusiya Federal Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən saxlanılıb. Martın 27-də keçirilən məhkəmə iclasında E. İsmayılova qarşı Rusiya Cinayət Məcəlləsinin 159.4 (dələduzluq) və 274/1 maddəsinin 4-cü hissəsi (çirkli pulları yuyulması) ilə ittiham irəli sürülüb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR