Bank Of Baku

Prokuror beynəlxalq terrorçu təşkilatlarla əməkdaşlıqda təqsirləndirilən mütəşəkkil dəstənin üzvlərinə cəza istəyib

Prokuror beynəlxalq terrorçu təşkilatlarla əməkdaşlıqda təqsirləndirilən mütəşəkkil dəstənin üzvlərinə cəza istəyib
# 22 iyul 2008 11:13 (UTC +04:00)
Bakı. Hacı Zeynalov - APA. Bu gün Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə hakim Əflatun Qasımovun sədrliyi ilə “Əl Qaidə” və “Əl-Cihad” kimi beynəlxalq terrorçu təşkilatlarla əməkdaşlıqda təqsirləndirilən mütəşəkkil dəstənin cinayət işi üzrə qapalı məhkəmə prosesi keçirilib. APA-nın məlumatına görə, prosesdə çıxış edən dövlət ittihamçısı Hüseynxan Məmmədov təqsirləndirilən şəxslərə cəza istəyib. O, “Əbu Cəfər” ləqəbi ilə tanınan Səudiyyə Ərəbistanı vətəndaşı Naib Ərdəbilinin 15 il, “Əbu Malik” ləqəbi ilə tanınan Elçin Əmiraslanovun 13 il müddətinə azadlıqdan məhrum edilməsini, digər təqsirləndirilən 16 nəfərin isə 4 ildən 12 ilə qədər həbslə cəzalandırılmasını tələb edib. Məhkəmə prosesi iyulun 25-də davam edəcək.
Qeyd edək ki, dəstə üzvlərinə qarşı Azərbaycan Cinayət Məcəlləsinin 279.2-ci (qanunvericilikdə nəzərdə tutulmayan silahlı qrup), 315.2-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiqetmə), 228.2.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qanunsuz olaraq odlu silah, onun dəstləşdirici hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, saxlama, daşıma və gəzdirmə) maddələri ilə ittiham irəli sürülüb. Dəstə üzvlərinin böyük əksəriyyəti 2007-ci ilin oktyabr-noyabr aylarında MTN tərəfindən keçirilən əməliyyat nəticəsində yaxalanıb. “Əbu Cəfər” dəfələrlə təqibdən yayınsa da, ötən il noyabrın 2-3-də MTN-in “Qartal” xüsusi təyinatlı dəstəsi tərəfindən aparılan əməliyyat nəticəsində qrupun bir neçə üzvü ilə birlikdə həbs olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR