Bank Of Baku

İnsan alverində ittiham olunan “Azəristar” mahnı müsabiqəsinin sabiq iştirakçısı Rüstəm Əlişanov məhkəmədə ifadə verib

İnsan alverində ittiham olunan “Azəristar” mahnı müsabiqəsinin sabiq iştirakçısı Rüstəm Əlişanov məhkəmədə ifadə verib
# 22 iyul 2008 11:42 (UTC +04:00)
Bakı. Hacı Zeynalov-APA. Bu gün Ağır Cinayətlərə Dair İşlər Üzrə Məhkəmədə hakim Fikrət Qərbovun sədrliyi ilə insan alverində təqsirləndirilən 2006-cı ildə “Azəristar” mahnı müsabiqəsinin iştirakçısı olmuş Rüstəm Əlişanovun və Bakı şəhər sakinləri - Təranə Muradova və Aygün İsayevanın cinayət işi üzrə məhkəmə prosesi keçirilib. APA-nın məlumatına görə, prosesdə təqsirləndirilən şəxs qismində R. Əlişanov ifadə verib. O, ittiham üzrə özünü təqsirli bilməyib. Rüstəm Əlişanov bildirib ki, “Alaturka” musiqi yarışmasında iştirak etmək üçün Türkiyəyə gedib-gəlirmiş. Onun sözlərinə görə, insan alveri ilə bağlı ittihamın ona heç bir adiyyatı yoxdur. Daha sonra ifadə verən digər təqsirləndirilən şəxslər də ittiham üzrə özünü təqsirli bilməyiblər. Qeyd edək ki, təqsirləndirilən şəxslər Cinayət Məcəlləsinin 144-1.2.1 və 144-2.5-ci (qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən iki və ya daha çox şəxs barəsində insan alveri) maddəsi ilə ittiham olunurlar.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR