Bank Of Baku

“GEN” MMC-nin rəhbərinin hüquqlarını müdafiə edən şəxs Bakı Şəhər Baş Polis İdarəsinə çağırılıb

“GEN” MMC-nin rəhbərinin hüquqlarını müdafiə edən şəxs Bakı Şəhər Baş Polis İdarəsinə çağırılıb
# 22 iyul 2008 12:49 (UTC +04:00)
Bakı. Hacı Zeynalov-APA. “GEN” MMC-nin rəhbəri Elbrus Əliyev tərəfindən aldadıldığı iddia olunan vətəndaşların müdafiəçisi, “Demokratiyanın Müdafiəsinə Kömək” İctimai Birliyinin prezidenti Vidadi İsgəndərov bu gün Bakı Şəhər Baş Polis İdarəsinə çağırılıb. Bu barədə APA-ya məlumat verən Vidadi İsgəndərov idarədə ona xəbərdarlıq edildiyini bildirib. Onun sözlərinə görə, istintaq qrupuna rəhbərlik edən Etibar Mahmudov onu qəbul edib və bildirib ki, o, cinayət işi üzrə zərərçəkmişlərin adından qanunsuz çıxışlar edib: “Mənə xəbərdarlıq olundu ki, zərəçəkmişləri guya təzyiqlər vasitəsi ilə aksiyalara təhrik edirəm, istintaqın qeyri-obyektiv aparılması ilə bağlı fikirlər səsləndirirəm. Mən hüquq müdafiəçisiyəm və səsləndirdiyim fikirlərə də cavabdehəm. Buna görə də istintaqın işinə mane olan fikrlər səsləndirməmişəm”. V. İsgəndərov deyib ki, ona elan olunmuş xəbərdarlıq qanunsuzdur. O, edilmiş xəbərdarlıqla bağlı Baş prokuror Zakir Qaralova və daxiil işlər naziri Ramil Usubova müraciət edəcəyini deyib. Qeyd edək ki, E. Əliyev bu il iyunun 11-də həbs edilib. Onun ifadəsi əsasında şirkətin baş mühasibi Əliyar Abbasov, müavini Nəbi Məmmədov və şirkətin xəzinədarı Həbib Ağayev həbs ediliblər. Onlara Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb və barələrində məhkəmə qərarı ilə həbs-qətimkan tədbiri seçilib. Həbs olunan şəxslər vətəndaşları aldadaraq pullarını mənimsəməkdə ittiham olunurlar.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR