Bank Of Baku

“Debütbank”ın Müşahidə Şurasının sədri Rəşad Qəribovun məcburi şəkildə məhkəməyə gətirilməsi barədə qərar çıxarılıb

“Debütbank”ın Müşahidə Şurasının sədri Rəşad Qəribovun məcburi şəkildə məhkəməyə gətirilməsi barədə qərar çıxarılıb
# 22 iyul 2008 13:05 (UTC +04:00)
Bakı. Hacı Zeynalov-APA. Bu gün Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə hakim Həsən Əliyevin sədrliyi ilə Bakı şəhər sakini Emin Əmirovun məhkəməsi davam etdirilib. APA-nın məlumatına görə, prosesdə hakim zərərçəkmişlər - millət vəkili Fərhad Qəribovun oğlu, “Debütbank”ın Müşahidə Şurasının sədri Rəşad Qəribov və iş adamı İlqar Məmmədovun məhkəməyə məcburi gətirilməsi ilə bağlı qərar çıxarıb. Məhkəmə prosesi iyulun 25-də davam etdiriləcək.
Qeyd edək ki, E. Əmirov Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə ittiham olunur. İttiham aktına görə, adı çəkilən şəxs zərərçəkmiş şəxslərin etibarından sui-istifadə edərək, 14 milyon manat pul mənimsəyib və pula müğənni Xumar Qədimova üçün 280 min dollar dəyəri olan ev alıb. Məhkəmə prosesində təqsirləndirilən şəxs qismində ifadə verən Emin Əmirov özünü qismən təqsirli bilib. Məhkəmə prosesi davam edir. Qeyd edək ki, Emin Əmirov mobil telefon aparatlarının topdansatışı ilə məşğul olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR