Bank Of Baku

Üç uşaq atası özünü asıb

Üç uşaq atası özünü asıb
# 22 iyul 2008 15:40 (UTC +04:00)
Qax. Hafiz Heydərov - APA. Qax rayonunda 3 uşaq atası özünü asıb. Rayon Prokurorluğundan APA-nın Şəki-Zaqatala bürosuna verilən məlumata görə, intihar hadisəsi Qum kəndində baş verib. Kənd sakini, 1961-ci il təvəllüdlü Qabil Abbas oğlu Əliyev yaşadığı evdə özünü asaraq intihar edib. İlkin araşdırmalar zamanı mərhumun uzun müddət əsəb xəstəliyindən əziyyət çəkdiyi məlum olub. Faktla bağlı Qax Rayon Prokurorluğunda CM-nin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi açılıb, araşdırma aparılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR