Bank Of Baku

Ermənistan ordusu növbəti atəşkəs pozuntularına yol verib

Ermənistan ordusu növbəti atəşkəs pozuntularına yol verib
# 23 iyul 2008 07:34 (UTC +04:00)
Bakı APA. Ermənistan Silahlı Qüvvələrinin bölmələri atəşkəs pozuntularına davam edirlər. Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Ermənistan ordusu iyulun 22-də saat 14.20-dən 14.30-dək və iyulun 23-də saat 00.00-dan 00.05-dək Ermənistanın İcevan rayonunun Berkaber, Noyemberyan rayonunun Voskepar kəndləri ərazisində yerləşən mövqelərindən Azərbaycan Silahlı Qüvvələrinin Qazax rayonunun Qızılhacılı və Quşçu Ayrım kəndləri ərazisində yerləşən mövqelərini, saat 17.20-dən 17.25-dək və 23.00-dan 23.15-dək ara-sıra Xocavənd rayonunun Kuropatkino kəndi yaxınlığında yerləşən mövqelərindən, saat 21.30-dan 21.55-dək, 22.40-dan 22.50-dək və iyulun 23-də saat 00.00-dan 00.10-dək Füzuli rayonu ərazisindəki adsız yüksəkliklərdə, Aşağı Veysəlli və Alxanlı kəndləri yaxınlığında yerləşən mövqelərindən, saat 04.30-dan 05.00-dək Ağdam rayonunun Şurabad kəndi yaxınlığında yerləşən mövqelərindən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar. Bütün hallarda düşmən cavab atəşi ilə susdurulub. İtki yoxdur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR