Bank Of Baku

Daxili işlər naziri Ramil Usubov Naxçıvana səfər edib

Daxili işlər naziri Ramil Usubov Naxçıvana səfər edib
# 23 iyul 2008 07:54 (UTC +04:00)
Naxçıvan. J. Qurbanoğlu APA. Azərbaycanın daxili işlər naziri Ramil Usubov Naxçıvan Muxtar Respublikasına səfər edib. APA-nın Naxçıvan bürosunun məlumatına görə, nazir Babək rayon Polis Şöbəsi və Naxçıvan MR Daxili İşlər Nazirliyinin (DİN) Pasport Qeydiyyatı və Miqrasiya Xidmətinin inzibati binalarının açılış mərasiminə qatılıb. Mərasim çərçivəsində R. Usubov DİN tərəfindən alınan 4 ədəd xidməti avtomobili Muxtar Respublikanın hüquq-mühafizə orqanları əməkdaşlarına təqdim edib. Mərasim çərçivəsində Naxçıvan MR hüquq-mühafizə orqanlarında xidmət edən 3 nəfərə “Azərbaycan Polisinin 90 illik yubileyi” medalı, 7 nəfərə “İgidliyə görə”, 6 nəfərə isə “Vətən uğrunda” medalları verilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR