Bank Of Baku

Lənkəranda 3 nəfəri gün vurub

Lənkəranda 3 nəfəri gün vurub
# 23 iyul 2008 08:00 (UTC +04:00)
Lənkəran. Ağəddin Babayev - APA. Havaların isti keçməsi ilə əlaqədar Lənkəran şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına müraciət edənlərin sayı iki dəfə artıb.
Stansiyanın baş həkimi Məmmədbağır Axundov APA-nın cənub bürosuna bildirib ki, adi vaxtlarda 10-12 çağırış olduğu halda, indi çağırışların sayı 25-ə çatıb. Üç nəfər şəhər sakinini isə gün vurub. Qan təzyiqi, əsəb və ürək-damar xəstəliklərindən əziyyət çəkən bu şəxslər ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılıb. Ötən il Lənkəranda 10-a yaxın günvurma faktının qeydə alındığını xatırladan M. Axundov vətəndaşları satışda olan müxtəlif kimyəvi tərkibli sulardan istifadə zamanı ehtiyatlı olmağa, isti havalarda əsasən təbii mineral sulara üstünlük verməyə çağırıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR