Bank Of Baku

Bu il Azərbaycanda baş verən 1255 yol nəqliyyat hadisəsində 375 nəfər ölüb

Bu il Azərbaycanda baş verən 1255 yol nəqliyyat hadisəsində 375 nəfər ölüb
# 23 iyul 2008 08:02 (UTC +04:00)
Bakı. Hacı Zeynalov-APA. Bu ilin altı ayı ərzində respublika ərazisində 1255 yol nəqliyyat hadisəsi qeydə alınıb. Bu barədə APA-ya Dövlət Yol Polisi İdarəsindən məlumat verilib. Məlumata görə, nəticədə 375 nəfər ölüb, 1344 nəfər isə yaralanıb. Ötən ilin müvafiq dövrü ilə müqayisədə yol nəqliyyat hadisəsi26 (2,02%), ölənlərin 41 (9,9%), yaralananların sayı isə 56 (4%) fakt azalıb. Respublika üzrə qeydə alınmış YNH-nin 91,2%-i (1144) sürücülərin YHQ pozmaları, o cümlədən 40,4%-i (507) nəqliyyat vasitələrinin yüksək sürətlə idarə olunması, 25,2%-i (316) ötmə və qarşıdan gələn nəqliyyatın yoluna çıxma, 9,2%-i (116) yolayrıclarını keçmə qaydalarının pozulması, 2,5%-i (32) nəqliyyat vasitələrinin sərxoş vəziyyətdə idarə olunması səbəbindən baş verib. YNH-nin 41,8%-ni (524) piyadaların vurulması təşkil edib, nəticədə 122 piyada ölüb, 444 nəfər yaralanıb. 68 yol nəqliyyat hadisəsi piyadaların yol hərəkəti qaydalarını pozması nəticəsində baş verib. Respublika üzrə qeydə alınmış yol nəqliyyat hadisələri nəticəsində 29 nəfər uşaq və yeniyetmə həlak olub, 140 nəfər yaralanıb. Həlak olanların 18, yaralananların isə 87 nəfəri piyadalardır. Ümumiyyətlə qeydə alınmış YNH-ləri nəticəsində həlak olmuş 375 nəfərdən 298 nəfəri kişi, 77 nəfəri qadın, xəsarət almış 1344 nəfərdən isə 1017 nəfəri kişi, 327 nəfəri qadındır. 2008-ci ilin birinci yarımili ərzində respublika ərazisində 8 nəfərin həlak olması və 36 nəfərin yaranlanması ilə nəticələnmiş 42 yol nəqliyyat hadisəsinin üstü bağlı qalıb. Bu hadisələrdən 36-ı Bakı şəhər BPİ-nin, 4-ü BDYPİ YPXA-nın, 2-i Gəncə ŞPİ-nin xidmət ərazilərində qeydə alınıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR