Bank Of Baku

Naxçıvanda selin qurbanı olan 50 yaşlı müəllimin meyiti axtarılır

Naxçıvanda selin qurbanı olan 50 yaşlı müəllimin meyiti axtarılır
# 23 iyul 2008 09:10 (UTC +04:00)
Naxçıvan. J. Qurbanoğlu APA. Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunda güclü qasırğa baş verib. APA-nın Naxçıvan bürosunun məlumatına görə, iyulun 22-də axşam saatlarında baş verən qasırğa zamanı rayonun Külüs kənd sakini, 1958-ci il təvəllüdlü Quliyev Yavər Səməd oğlunu sel aparıb. Sakinlər bildiriblər ki, kənd məktəbində fizika müəllimi işləyən Y. Quliyev evindən əşyaları çıxarmaq istəyərkən selin qurbanı olub. Hazırda Naxçıvan MR Fövqəladə Hallar Nazirliyinin əməkdaşları Külüs çayı ərazisində mərhumun meyitini axtarırlar.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR