Bank Of Baku

Bu il DYP əməkdaşları maşınlara baxış zamanı 11 “Kalaşnikov” və 8 tapança aşkar edərək götürüblər

Bu il DYP əməkdaşları maşınlara baxış zamanı 11 “Kalaşnikov” və 8 tapança aşkar edərək götürüblər
# 23 iyul 2008 09:34 (UTC +04:00)
Bakı. Hacı Zeynalov-APA. Bu ilin altı ayı ərzində Dövlət Yol Polisinin əməkdaşları tərəfindən 11 ədəd Kalaşnikov avtomatı, 8 ədəd müxtəlif tip tapança, 7 ədəd yivli tüfəng (karabin), 4 ədəd ov tüfəngi, 9 ədəd əl qumbarası, 1 ədəd minaaxtaran cihaz, 3954 ədəd müxtəlif kalibrli patron aşkar olunub. Bu barədə APA-ya Dövlət Yol Polisi İdarəsindən məlumat verilib. Məlumata görə, götürülmüş silah-sursatlar istintaq orqanlarına təhvil verilib. Hesabat dövründə axtarışda olan 13 nəfər şəxs yaxalanıb. DYP əməkdaşları həmçinin 23 fakt üzrə 32 kq 932 qram narkotik vasitə və 44 çətənə kolu aşkar ediblər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR