Bank Of Baku

Hüquq müdafiəçisi Elçin Behbudov Ağsu və Qobustan rayonlarının polis şöbələrinin təcridxanalarında olub

Hüquq müdafiəçisi Elçin Behbudov Ağsu və Qobustan rayonlarının polis şöbələrinin təcridxanalarında olub
# 23 iyul 2008 10:38 (UTC +04:00)
Bakı. Məhbubə Qasımbəyli - APA. İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin sədri Elçin Behbudov bu gün Ədliyyə Nazirliyinin Mərəzədə yerləşən 8 saylı məntəqə tipli Cəzaçəkmə Müəssisəsində, Qobustan və Ağsu rayonlarının polis şöbələrinin müvəqqəti saxlanma təcridxanalarında olub.
Komitə sədri APA-ya bildirib ki, 8 saylı məntəqə tipli Cəzaçəkmə Müəssisəsində 145 şəxs saxlanılır və hazırda orada təmir işləri aparılır. Ağsu rayon Polis Şöbəsinin müvəqqəti saxlanma təcridxanasında 10 nəfərin saxlandığını deyən hüquq müdafiəçisi onların şikayətlərinin olmadığını söyləyib. Qobustan rayon Polis Şöbəsinin təcridxanasında isə hazırda bir nəfər saxlanılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR