Bank Of Baku

Bakıda ərini qətlə yetirən Türkmənistan vətəndaşının məhkəməsi başlayıb

Bakıda ərini qətlə yetirən Türkmənistan vətəndaşının məhkəməsi başlayıb
# 23 iyul 2008 12:51 (UTC +04:00)
Bakı. Hacı Zeynalov-APA. Bu gün Ağır Cinayətlərə Dair İşlər Üzrə Məhkəmədə hakim Rauf Əliyevin sədrliyi ilə Türkmənistan vətəndaşı, 1938-ci il təvəllüdlü Qalina Koldyuşovanın cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib. APA-nın məlumatına görə, Q. Koldyuşova Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham olunur. İttihama görə, təqsirləndirilən şəxs bu ilin aprelin 11-də həyat yoldaşı Anatoli Koldyuşevi Müşviqabad qəsəbəsindəki evində qətlə yetirib. Məhkəmə baxışı iyulun 30-na təyin olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR