Bank Of Baku

Balakəndə ümumi çəkisi 1 ton olan 2000 ədəd çətənə kolu məhv edilib

Balakəndə ümumi çəkisi 1 ton olan 2000 ədəd çətənə kolu məhv edilib
# 29 iyul 2008 08:03 (UTC +04:00)
Balakən. Hafiz Heydərov - APA. Balakəndə Dövlət Sərhəd Xidməti (DSX) və rayon Polis Şöbəsinin (RPŞ) birgə keçirdiyi əməliyyat tədbirləri nəticəsində küllü miqdarda çətənə kolu məhv edilib. Balakən RPŞ-dən APA-nın Şəki-Zaqatala bürosuna verilən məlumata görə, rayonun Qaysa kəndi ərazisində yabanı halda bitmiş, ümumi çəkisi 1 tona yaxın olan 2000 ədəd çətənə kolu yığılaraq yandırılıb. Rayon polisi DSX əməkdaşları ilə birgə narkotik tərkibli bitkilərin aşkarlanaraq məhv edilməsi istiqamətində əməliyyat tədbirlərini davam etdirir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR