Bank Of Baku

Havaların isti keçməsi ilə əlaqədar Şəkidə 10 hektar ərazidə yanğın baş verib

Havaların isti keçməsi ilə əlaqədar Şəkidə 10 hektar ərazidə yanğın baş verib
# 29 iyul 2008 09:39 (UTC +04:00)
Şəki. Hafiz Heydərov - APA. Son günlər havaların hədindən artıq isti keçməsi Azərbaycanın şimal-qərb bölgəsində yanğınlara səbəb olub. Fövqəladə Hallar Nazirliyinin Şəki rayon Yanğın Təhlükəsizliyi Xidmətindən APA-nın Şəki-Zaqatala bürosuna verilən məlumata görə, son iki gündə rayonda 10 hektar ərazidə yanğın hadisəsi qeydə alınıb. Rayonun Bolludərə kəndi ərazisində 6 ha, Vərəzət kəndi ərazisində isə 5 hektara yaxın biçilmiş taxıl sahəsi yanaraq məhv olub. Hər iki halda yanğının digər ərazilərə keçməsinin qarşısı alınıb. Havaların isti keçməsi ilə əlaqədar bölgədə baş verə biləcək hər hansı yanğın təhlükəsini nəzərə alaraq bütün kənd icra nümayəndələri və bələdiyyələrə xəbərdarlıq edilərək lazımi tapşırıqlar verilib.
Qeyd edək ki, Zaqatalanın Muxax kəndi ərazisində yol kənarlarında da yanğın baş verib. Lakin yanğının qarşısı tezliklə alınıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR