Bank Of Baku

“Bizim yol” qəzetinin əməkdaşının kasasiya şikayəti təmin edilməyib

“Bizim yol” qəzetinin əməkdaşının kasasiya şikayəti təmin edilməyib
# 29 iyul 2008 10:51 (UTC +04:00)
Bakı. Hacı Zeynalov-APA. Bu gün Ali Məhkəmədə hakim Müzəffər Ağazadənin sədrliyi ilə “Bizim yol” qəzetinin əməkdaşı Müşfiq Hüseynovun kasasiya şikayətinə baxılıb. M. Hüseynovun vəkili Vüqar Xasayev APA-ya bildirib ki, jurnalistin kasasiya şikayəti təmin edilməyib. Vəkil qərardan Avropa İnsan Haqları Məhkəməsinə müraciət edəcəyini bildirib.
Qeyd edək ki, Azərbaycan Cinayət Məcəlləsinin 311.1-ci (rüşvət alma) maddəsi ilə ittiham olunan M. Hüseynov 5 il müddətinə azadlıqdan məhrum edilib. Bundan başqa, məhkəmə onun 2 il müddətinə jurnalistlik fəaliyyəti ilə məşğul olmasını qadağan edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR