Bank Of Baku

Ögey anasını qətlə yetirməkdə təqsirləndirilən Salyan sakini Müalicə Müəssisəsinə göndərilib

Ögey anasını qətlə yetirməkdə təqsirləndirilən Salyan sakini Müalicə Müəssisəsinə göndərilib
# 29 iyul 2008 11:45 (UTC +04:00)
Bakı. Hacı Zeynalov - APA. Bu gün Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə hakim Fikrət Qəribovun sədrliyi ilə qətldə təqsirləndirilən Salyan rayon sakini, 1984-cü il təvəllüdlü Səlim Tahir oğlu Orucovun məhkəməsi başa çatıb. APA-nın məlumatına görə, prosesdə hökm oxunub. Məhkəmə əsəbi xəstə olan S. Orucovun müalicə olunması üçün Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Müalicə Stasionar Mərkəzinə göndərilməsi barədə qərar qəbul edib. S. Orucov müalicə müddəti başa çatandan sonra sərbəst buraxılacaq.
Qeyd edək ki, rayonun Qarabağlılar kənd sakini olan S. Orucov lal-kardır. İttiham aktına görə, təqsirləndirilən şəxs ona işgəncə verən analığını bellə qətlə yetirib. O, Cinayət Məcəlləsinin 126.3-cü (ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olma) maddəsi ilə ittiham olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR