Bank Of Baku

Şəkidə uşaq dəcəlliyi birmərtəbəli evin yanması ilə nəticələnib

Şəkidə uşaq dəcəlliyi birmərtəbəli evin yanması ilə nəticələnib
# 29 iyul 2008 13:18 (UTC +04:00)
Şəki. Hafiz Heydərov - APA. Bu gün Şəkidə güclü yanğın olub. Fövqəladə Hallar Nazirliyinin Şəki rayon Yanğın Mühafizə Xidmətindən APA-nın Şəki-Zaqatala bürosuna verilən məlumata görə, hadisə rayonun Orta Zəyzid kəndində qeydə alınıb. Kənd sakini Məmməd Əhməd oğlu Alxasova məxsus bir mərtəbəli, 3 otaqlı evdə yanğın baş verib. Nəticədə mənzil 104 kv.m sahədə yanıb. İlkin araşdırmalara görə, yanğının baş verməsinə 10 yaşlı uşağın evin yaxınlığında olan ot tayasının yanında ocaq qalaması səbəb olub. Faktla bağlı araşdırmalar davam etdirilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR