Bank Of Baku

Qənimət Zahidin istintaq təcridxanasının rəhbərliyinə qarşı qaldırdığı iddia üzrə məhkəmənin hazırlıq iclası keçirilib

Qənimət Zahidin istintaq təcridxanasının rəhbərliyinə qarşı qaldırdığı iddia üzrə məhkəmənin hazırlıq iclası keçirilib
# 29 iyul 2008 13:41 (UTC +04:00)
Bakı. Hacı Zeynalov APA. Bu gün Səbayel Rayon Məhkəməsində hakim Famil Nəsibovun sədrliyi ilə “Azadlıq” qəzetinin baş redaktoru Qənimət Zahidin bayılda yerləşən 1 saylı istintaq təcridxanasının rəhbərliyinə qarşı qaldırdığı iddia üzrə məhkəmənin hazırlıq iclası keçirilib. Bu barədə APA-ya məlumat verən “Azadlıq” qəzetinin direktoru Azər Əhmədov bildirib ki, məhkəmə baxışı avqustun 14-ə təyin olunub.
Qeyd edək ki, Q. Zahid 17 saylı cəza çəkmə müəssisəsinə köçürülərkən 1 saylı Bayıl təcridxanasının rəhbərliyi onun 300 səhifədən çox əlyazmasını müsadirə edib. O, əlyazmalarının geri qaytarılması üçün məhkəməyə müraciət edib. Cinayət Məcəlləsinin 127-cü (qəsdən sağlamlığa az ağır zərər vurma) və 221-ci (xuliqanlıq) maddələri ilə ittiham olunan Q. Zahid məhkəmənin hökmü ilə 4 il müddətinə azadlıqdan məhrum edilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR