Bank Of Baku

Mingəçevir şəhərində 9 yaşlı qız Kürdə boğulub

Mingəçevir şəhərində 9 yaşlı qız Kürdə boğulub
# 29 iyul 2008 13:57 (UTC +04:00)
Mingəçevir. Şahnəzər Bəşirov-APA. Mingəçevir şəhərində 9 yaşlı qız suda boğulub. Şəhərin H. Hüseynov küçəsi, ev 20 ünvanında yaşayan, 1999-cu il təvəllüdlü Mehnətova Maniyə Mehman qızı ötən gün saat 21.00 radələrində Kür çayına düşüb. Mingəçevir şəhər Polis Şöbəsindən APA-nın yerli bürosuna verilən məlumata görə, çayın yaxınlığında yaşayan 9 yaşlı qız ilkin ehtimallara görə, ehtiyatsızlıqdan ayağı sürüşərək suya düşüb. İyulun 29-da dalğıclar onun cəsədini suya düşdüyü yerdən bir qədər aralıda tapıblar. Faktla bağlı şəhər prokurorluğunda cinayət işi başlanıb, araşdırma aparılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR