Bank Of Baku

Rusiyadan Azərbaycana qaçaqmalçılıq yolu ilə 156 kq barıt gətirən 4 nəfər tutulub

Rusiyadan Azərbaycana qaçaqmalçılıq yolu ilə 156 kq barıt gətirən 4 nəfər tutulub
# 29 iyul 2008 14:03 (UTC +04:00)
Bakı – APA. Daxili İşlər Nazirliyi (DİN) Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Bakı şəhər sakini Rövşən Hüseynova məxsus “İkarus” markalı avtomobildən qaçaqmalçılıq yolu ilə Rusiyadan Azərbaycana keçirilən 156 kiloqram barıt aşkarlanıb. Bu barədə APA-ya Dİn mətbuat xidmətindən bildirilib. Barıtı Azərbaycan gətirən Qəbələ rayon sakini Tofiq Musayev, Sumqayıt şəhər sakini Məzahir Osmanov, Bakı şəhər sakini Adil Əzizov və Salyan rayon sakini Müstəcəb Səmədov tutulublar, araşdırma aparılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR