Bank Of Baku

Prokuror “Bakcell”in əməkdaşı ilə bağlı hökmün qüvvədə qalmasını istəyib

Prokuror “Bakcell”in əməkdaşı ilə bağlı hökmün qüvvədə qalmasını istəyib
# 29 iyul 2008 13:57 (UTC +04:00)
Bakı. Hacı Zeynalov-APA. Bu gün Bakı Apellyasiya Məhkəməsində hakim Əli Seyfəliyevin sədrliyi ilə “Bakcell” şirkətinin külli miqdarda rüşvət almaqda təqsirləndirilən meneceri, Makedoniya vətəndaşı Saşko Todorovskinin apellyasiya şikayəti üzrə məhkəmə prosesi davam etdirilib. Məhkəmədən APA-ya verilən məlumata görə, prosesdə çıxış edən dövlət ittihamçısı Rahil İsmayılov Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmənin hökmünün qüvvədə saxlanılmasını istəyib. Məhkəmə iyulun 30-da qərarı elan edəcək.

Qeyd edək ki, Cinayət Məcəlləsinin 311.3.3-cü (külli miqdarda törədilməklə rüşvət alma) maddəsi ilə ittiham olunan S. Todorovski apellyasiya şikayətində bu maddənin 312-1-ci (vəzifəli şəxsin qərarına qanunsuz təsir göstərmə) maddəsi ilə tövsif olunmasını istəyib. O, Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmənin hökmü ilə 8 il müddətinə azadlıqdan məhrum edilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR