Bank Of Baku

Sabiq müstəntiqin apellyasiya şikayəti üzrə məhkəmə başlayıb

Sabiq müstəntiqin apellyasiya şikayəti üzrə məhkəmə başlayıb
# 06 avqust 2008 13:04 (UTC +04:00)
Bakı. Hacı Zeynalov - APA. Bu gün Bakı Apellyasiya Məhkəməsində Bakı şəhər Prokurorluğunun mühüm işlər üzrə sabiq müstəntiqi Mahir Nağıyevin apellyasiya şikayəti üzrə məhkəmənin ilkin baxış iclası keçirilib. Məhkəmədən APA-ya verilən məlumata görə, hakim Abid Abdinbəyovun sədrliyi ilə keçirilən prosesdə məhkəmə baxışı avqustun 21-ə təyin olunub.
Qeyd edək ki, M. Nağıyev Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmənin hökmü ilə 5 il müddətinə azadlıqdan məhrum edilib. O, Cinayət Məcəlləsinin 311-ci (rüşvət alma), 308-cu (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 309-cu (vəzifə səlahiyyətlərini aşma) maddələri ilə ittiham olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR