Bank Of Baku

BOTAŞ-ın Ərzincan bürosunun rəhbəri: “Yanğının sönməsi üçün boru xəttindəki neftin yanıb qurtarmasını gözləyirik”

BOTAŞ-ın Ərzincan bürosunun rəhbəri: “Yanğının sönməsi üçün boru xəttindəki neftin yanıb qurtarmasını gözləyirik”
# 06 avqust 2008 13:46 (UTC +04:00)
Türkiyənin BOTAŞ şirkətinin Ərzincan bürosunun rəhbəri Engin Cimillinin APA-ya verdiyi məlumata görə, nəzarət altına alınan yanğını söndürmək mümkün olmayıb. E. Cimilli yanğınsöndürənlərin yanğının baş verdiyi əraziyə yaxınlaşa bilmədiklərini qeyd edib: “Bütün cəhdlərə baxmayaraq, yanğını söndürmək mümkün deyil. Buna görə də boru xəttindəki neftin yanıb qurtarmasını gözləyirik. Hələlik hadisənin başvermə səbəblərini də müəyyənləşdirmək mümkün olmayıb”.
Qeyd edək ki, Türkiyənin Ərzincan vilayətinin Refahiyə qəsəbəsi yaxılarında yerin altından keçən BOTAŞ-a boru xəttində partlayış baş verib. Ərzincan-Sivas yolunun 52-ci km-də baş verən partlayışdan sonra güclü yanğın olub. Hündürlüyü 50 metrədək olan alovun yaxınlıqdakı kəndlərə və meşə zolağına keçməsinin qarşı alınıb. Hadisədən sonra boru xətti vasitəsilə neftin və yaxınlıqdan keçən təbii qaz kəməri vasitəsilə mavi yanacağın nəqli dayandırılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR