Bank Of Baku

Sankt-Peterburqda üç Azərbaycan vətəndaşı həbs olunub

Sankt-Peterburqda üç Azərbaycan vətəndaşı həbs olunub
# 06 avqust 2008 16:14 (UTC +04:00)
Sankt-Peterburq - APA. Sankt-Peterburqda üç Azərbaycan vətəndaşı həbs olunub. APA-nın Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, onlar şəhərin Petroqrad hissəsində Almaniya vətəndaşını qarət etməkdə şübhəli bilinirlər. Şəhər prokurorluğundan bildirilib ki, “Bolşoy Posasdski” küçəsi, ev 7 ünvanında naməlum şəxslər bıçaqla hədə-qorxu gələrək, Almaniya vətəndaşının pul qabını alıblar. Qarətçilər hadisə yerindən qaçıb gizləniblər.
Zərərçəkən dərhal milisə müraciət edib. Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində qarəti törətməkdə şübhəli bilinən Azərbaycan vətəndaşları saxlanılıblar. Təqsirləndirilən şəxslər barəsində həbs-qətimkan tədbiri seçilib, araşdırma aparılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR