Bank Of Baku

Ermənistan xüsusi xidmət orqanları ilə əməkdaşlıqda təqsirləndirilən əsgərlərin apellyasiya şikayəti təmin olunmayıb

Ermənistan xüsusi xidmət orqanları ilə əməkdaşlıqda təqsirləndirilən əsgərlərin apellyasiya şikayəti təmin olunmayıb
# 06 avqust 2008 16:23 (UTC +04:00)
Bakı. Hacı Zeynalov - APA. Bu gün Şirvan Apellyasiya Məhkəməsində hakim Əhməd Nurməmmədovun sədrliyi ilə Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsinin erməni xüsusi xidmət orqanları ilə əməkdaşlıqda təqsirləndirilən beş əsgərinin apellyasiya şikayəti üzrə məhkəmə prosesi keçirilib. Məhkəmədən APA-ya verilən məlumata görə, təqsirləndirilən şəxslərin şikayəti təmin olunmayıb, onlar barəsində hökm qüvvədə saxlanılıb.
Qeyd edək ki, Ağır Cinayətlərə Dair İşlər üzrə Hərbi Məhkəmənin hökmü ilə Seyran İsmiyev və Mübariz Şıxəliyev 14 il, Nofəl Babayev, Saməddin Quliyev, Famil Ağayev isə 13 il müddətinə azadlıqdan məhrum ediliblər. Təqsirləndirilən şəxslər Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) və 338.1-ci (döyüş növbəsi çəkmə qaydalarını pozma) maddələri ilə ittiham olunublar.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR