Bank Of Baku

Azərbaycan paytaxtında silahlı polislər əməliyyat keçirir – YENİLƏNİB

Azərbaycan paytaxtında silahlı polislər əməliyyat keçirir – <font color=red>YENİLƏNİB </font>
# 06 avqust 2008 16:27 (UTC +04:00)
Ölən və ya xəsarət alan barədə hələlik məlumat yoxdur. Hadisəni törədən şəxslərin tapılması üçün əməliyyat-axtarış tədbirlərinə başlanılıb. Şəhərin müxtəlif istiqamətlərində silahlı polis postları qurulub. Şübhəli maşınlar yoxlanılır.

Bakı Şəhər Baş Polis İdarəsinin rəis müavini Yaşar Əliyev APA-ya açıqlamasında basqın olunmuş valyutadəyişmə məntəqəsinin Binəqədi rayonu ərazisində yerləşdiyini bildirib. O, hadisə zamanı ölən və yaralananların olmadığını desə də, basqınçıların nə qədər pul apardığı barədə məlumat verməyib.

Binəqədi Rayon Polis İdarəsinin 5-ci polis bölməsindən isə APA-ya bildirilib ki, silahlı basqın valyutadəyişmə məntəqəsinin sahibinə olub. Hadisə saat 17.00 radələrində rayonunun Naxçıvani küçəsində qeydə alınıb. Bir qrup silahlı şəxs valyutadəyişmə məntəqəsinin sahibinin maşının hücum edərək avtomobildəki külli miqdarda pulu götürərək hadisə yerindən uzaqlaşıb. Hələlik silahlı hücuma məruz qalan şəxsin adı məlum deyil.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR