Bank Of Baku

Ermənistan Silahlı Qüvvələri atəşi pozmaqda davam edir

Ermənistan Silahlı Qüvvələri atəşi pozmaqda davam edir
# 07 avqust 2008 06:57 (UTC +04:00)
Bakı - APA. Azərbaycan Ordusu yenidən Ermənistan Silahlı Qüvvələrinin atəşinə məruz qalıb. Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, düşmən bölmələri avqustun 6-da saat 14.00-dan 14.25-dək, 18.00-dan 18.25-dək və 23.25-dən 23.30-dək fasilələrlə Ermənistan Respublikası Berd rayonu Mosesqex, Noyemberyan rayonu Voskevan kəndləri ərazisində yerləşən mövqelərindən Azərbaycan Silahlı Qüvvələrinin Tovuz rayonunun ərazisindəki adsız yüksəkliklərdə, Əlibəyli kəndi və Qazax rayonunun Quşçu Ayrım kəndi ərazisində yerləşən mövqelərini, saat 13.50-dən 14.20-dək Xocavənd rayonunun Kuropatkino kəndi yaxınlığında yerləşən mövqelərindən, saat 23.10-dan 23.25-dək isə Füzuli rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərindən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutub. Bütün hallarda düşmən cavab atəşi ilə susdurulub, itki yoxdur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR