Bank Of Baku

Bakı meri tikinti şirkətinin rəhbəri tərəfindən aldadılan vətəndaşları qəbul edib

Bakı meri tikinti şirkətinin rəhbəri tərəfindən aldadılan vətəndaşları qəbul edib
# 08 avqust 2008 16:22 (UTC +04:00)
Bakı. Hacı Zeynalov – APA. Bu gün “GEN” MMC-nin rəhbəri Elbrus Əliyev tərəfindən aldadıldığı iddia olunan vətəndaşlar Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) qarşısında piket keçiriblər. APA-nın məlumatına görə, BŞİH qarşısında 100-ə yaxın zərərçəkmiş toplaşıb. Onlar BŞİH-nin başçısı Hacıbala Abutalıbovdan evlərinin tikilməsində köməklik göstərməsini tələb ediblər. Aksiya iştirakçılarını qəbul edən H. Abutalıbov problemin aradan qaldırılması üçün lazımı tədbirlərin görüldüyünü deyib.

Qeyd edək ki, E. Əliyev bu ilin iyunun 11-də həbs edilib. Onun ifadəsi əsasında şirkətin baş mühasibi Əliyar Abbasov, müavini Nəbi Məmmədov və şirkətin xəzinədarı Həbib Ağayev də saxlanılıblar. Onlara Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb və barələrində məhkəmə qərarı ilə həbs-qətimkan tədbiri seçilib. Həmin şəxslər vətəndaşları aldadaraq pullarını mənimsəməkdə ittiham olunurlar.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR