Bank Of Baku

Ağdam rayon İcra Hakimiyyətinin əməkdaşı yol-nəqliyyat hadisəsi törədib

Ağdam rayon İcra Hakimiyyətinin əməkdaşı yol-nəqliyyat hadisəsi törədib
# 08 avqust 2008 16:49 (UTC +04:00)
Ağdam. Teymur Zahidoğlu – APA. Ağdam rayon İcra Hakimiyyətinin (RİH) əməkdaşı Abdullayev Elnur Rəhim oğlu idarə etdiyi “VAZ – 2107” markalı, 10 TR 973 dövlət nömrə nişanı avtomobillə rayonun Seyidli kənd sakini, 1995-ci il təvəllüdlü İsmayılov Xəyal Nazir oğlunu vurub. APA-nın Qarabağ bürosunun məlumatına görə, 13 yaşlı yeniyetmə ağır kəllə-beyin travması diaqnozu Ağdam Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.
Qeyd edək ki, məcburi köçkün olan zərərçəkən məcburi köçkünlər üçün salınmış Baharlı qəsəbəsində məskunlaşıb. Hadisəni törədən E. Abdullayev isə Yusifcanlı kəndindən məcburi köçkündür. Hazırda Qasımbəyli köçkün qəsəbəsində yaşayan E. Abdullayevin atası Rəhim Abdullayev RİH Yusifcanlı kənd icra nümayəndəsidir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR