Bank Of Baku

Azərbaycan paytaxtında maşınla 4 nəfəri vuraraq hadisə yerindən qaçan sürücü saxlanılıb

Azərbaycan paytaxtında maşınla 4 nəfəri vuraraq hadisə yerindən qaçan sürücü saxlanılıb
# 12 avqust 2008 07:59 (UTC +04:00)
Bakı. Hacı Zeynalov - APA. Avqustun 11-də Bakının Nərimanov rayonu ərazisində, Ziya Bünyadov prospektində dörd nəfərin ölümü ilə nəticələn yol-nəqliyyat hadisəsini törədən sürücü həbs edilib. Nərimanov Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, qəzanı Bakı şəhər sakini, 1984-cü il təvəllüdlü Quliyev Ramil Qurban oğlunun törətdiyi müəyyənləşib.
Qeyd edək ki, R. Quliyev avqustun 11-də idarə etdiyi “VAZ-2107” markalı avtomobillə piyadalar - 1968-ci il təvəllüdlü Qəşəm Mahmudovu, onun həyat yoldaşı, 1977-ci il təvəllüdlü Vəfa Əhmədovanı, oğlu, 2002-ci il təvəllüdlü Asif Mahmudovu və 1986-cı il təvəllüdlü İsmayıl İsmayılovu vuraraq hadisə yerindən qaçıb. Faktla bağlı Cinayət Məcəlləsinin 263.3-cü (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı zamanı ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olma) və 264-cü (yol nəqliyyat hadisəsi yerindən qaçma) maddələri ilə cinayət işi başlanılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR