Bank Of Baku

Goranboy və Xaçmazda baş verən avtomobil qəzalarında 3 nəfər ölüb

Goranboy və Xaçmazda baş verən avtomobil qəzalarında 3 nəfər ölüb
# 20 avqust 2008 10:40 (UTC +04:00)
Bakı – APA. Bu gecə Goranboy rayonunun Cilli Borsunlu kəndində iki nəfərin ölümü ilə nəticələnən avtomobil qəzası baş verib. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Naftalan şəhər sakini Xəyal Əliyev idarə etdiyi "KİA" markalı avtomaşını aşırıb. Nəticədə xəsarət almış X. Əliyev və sərnişinlər, Naftalan şəhər sakinləri Şahin Sarıyev, Ceyhun Rəsulov, Vasif Hüseynov xəstəxanaya yerləşdiriliblər. Ş. Sarıyev və C. Rəsulov xəstəxanada keçiniblər.

Daha bir yol-nəqliyyat hadisəsi Xaçmaz rayonunun Armudpadar kəndində olub. Kənd sakini Yunis Gebekbekovun idarə etdiyi "Kamaz" markalı və Qaraqurtlu kənd sakini Eldar Əsgərbəylinin idarə etdiyi "VAZ-2106" markalı avtomaşınlar toqquşub. Nəticədə xəsarət almış E.Əsgərbəyli və sərnişinlər, Xaçmaz rayon sakinləri Rəhman Ağayev, Asəf Seyidzadə xəstəxanaya yerləşdiriliblər. R.Ağayev orada ölüb. Hər iki faktla bağlı araşdırma aparılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR