Yevlaxda su kanalında boğulan şəxsin meyiti tapılıb.
APA-nın yerli bürosunun xəbərinə görə, Fövqəladə Hallar Nazirliyinin dalğıc-axtarış qrupu tərəfindən həyata keçirilən axtarış tədbirləri nəticəsində meyit tapılaraq sudan çıxarılıb.
Meyit aidiyyəti üzrə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.
***
20 iyun, saat 14.58
Yevlax rayonunda bir nəfər suda batıb.
APA-nın yerli bürosunun əldə etdiyi məlumata görə, Yevlax rayonunun Qoyunbinəsi kənd sakini, 2000-ci il təvəllüdlü Mahir Nadirovun Yuxarı Qarabağ su kanalının Malbinəsi kəndi ərazisindən keçən hissəsində batdığı ehtimal olunur.
Hadisə ilə bağlı məlumat daxil olduqdan sonra əraziyə müvafiq xilasetmə qüvvələri cəlb edilib.
Hazırda nəzarətsiz ərazidə axtarış tədbirləri davam etdirilir.
Faktla bağlı araşdırma aparılır.