Bank Of Baku

Azərbaycanın Oğuz rayonunda e.ə 14-16-cı əsrlərə aid kurqanlar aşkarlanıb

Azərbaycanın Oğuz rayonunda e.ə 14-16-cı əsrlərə aid kurqanlar aşkarlanıb
# 20 avqust 2008 14:03 (UTC +04:00)
Oğuz. Hafiz Heydərov - APA. Azərbaycanın Oğuz rayonu ərazisində eramızdan əvvəl (e.ə) 14-16-cı əsrlərə aid kurqanlar aşkarlanıb. Azərbaycan Milli Elmlər Akademiyasının Tarix və Etnoqrafiya İnstitutunun əməkdaşı Nəsib Muxtarov APA-nın Şəki-Zaqatala bürosuna bildirib ki, tarixi tapıntılara Oğuz rayonunun Kərimli kəndi ərazisində təsadüf edilib. Aşkarlanmış kurqanlar son tunc dövrünə aiddir və onlardan ən balacasının diametri 70 metrdir. Cənubi Qafqazın tarixini özündə əks etdirən bu kurqanların içərisində gildən hazırlanmış naxışlı qablar və bəzək əşyaları aşkarlanıb. Bundan başqa ərazidə 5 metr dərinlikdə tunc dövrünə aid dəfn adətlərinə də təsadüf edilir. Kurqanların içərisindən, həmçinin e.ə 14-16-cı əsrlərə aid zərgərlik materiallarının da aşkarlandığını vurğulayan N. Muxtarov tapıntıların araşdırıldığını bildirib. Hazırda ərazidə arxeoloji qazıntılar davam etdirilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR