Bank Of Baku

Azərbaycanın Lənkəran rayonunda fermerin 20 inəyi bir gündə tələf olub

Azərbaycanın Lənkəran rayonunda fermerin 20 inəyi bir gündə tələf olub
# 20 avqust 2008 14:18 (UTC +04:00)
Lənkəran. Ağəddin Babayev – APA. Lənkəran rayonunun Tükəkəran kənd sakini, fermer Kazım Bağırova məxsus təsərrüfatda bir gündə 20 inək tələf olub. APA-nın cənub bürosunun məlumatına görə, K. Bağırov bazardan aldığı gənəyə qarşı dərman preparatı ilə 50 inəyi dərmanlayıb. Dərmanlayandan təxminən yarım saat sonra inəklər yerə yıxılmağa başlayıb. Fermer dərhal rayon Baytarlıq Xidmətinə xəbər verib. Xidmətin əməkdaşları hadisə yerinə çatanadək 20 inək tələf olub, 30 inək isə xidmətin əməkdaşları tərəfindən dərmandan təmizlənərək xilas edilib. Faktla bağlı araşdırma aparılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR