Bank Of Baku

Mirzə Sakit ailə üzvləri ilə görüşüb

Mirzə Sakit ailə üzvləri ilə görüşüb
# 20 avqust 2008 14:19 (UTC +04:00)
Bakı. Məhbubə Qasımbəyli-APA. 14 saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkən “Azadlıq” qəzetinin əməkdaşı Mirzə Sakit bu gün ailə üzvləri ilə görüşüb. Məhbusun həyat yoldaşı Rəna Zahidova APA-ya bildirib ki, Mirzə Sakit əsəb xəstəliyindən, ürək ağrılarından əziyyət çəkir. Onun sözlərinə görə, M. Sakit bir neçə gün əvvəl aclıq aksiyasına başlasa da, sonradan aksiyanı dayandırıb: “Sakit başqa cəzaçəkmə müəssisəsinə köçürülməsi tələbi ilə aclığa başlayıb. Ədliyyə Nazirliyinin nümayəndəsi onunla görüşüb və söz verib ki, iki həftə ərzində onu başqa müəssisəyə köçürəcəklər. Sakit nazirlik nümayəndəsinin xahişi ilə aclığı dayandırıb”. R. Zahidova deyilən müddətdə başqa müəssisəyə köçürülməyəcəyi halda məhbusun müddətsiz aclığa başlayacağını deyib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR