Bank Of Baku

Azərbaycanın rayonlarından birində 3 uşaq anasını elektrik cərəyanı vurub

Azərbaycanın rayonlarından birində 3 uşaq anasını elektrik cərəyanı vurub
# 22 avqust 2008 07:33 (UTC +04:00)
Şəki. Hafiz Heydərov - APA. Şəki rayonunda üç uşaq anasını elektrik cərəyanı vurub. Bu barədə APA-nın Şəki-Zaqatala bürosuna Şəki Rayon Prokurorluğundan (RP) bildirilib. Bədbəxt hadisə rayonun Biləcir kəndində baş verib. Kənd sakini, 1982-ci il təvəllüdlü Xəyalə Kərəm qızı Səmədova yaşadığı həyətyanı sahədə yerləşən fındıq bağında işləyərkən əli elektrik naqilinə toxunub və onu cərəyan vurub. Nəticədə X. Səmədova hadisə yerində keçinib.

Faktla bağlı Şəki RP tərəfindən araşdırma aparılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR