Bank Of Baku

Lənkəran sakinini qarət etmiş şəxslər tutulub

Lənkəran sakinini qarət etmiş şəxslər tutulub
# 22 avqust 2008 08:39 (UTC +04:00)
Lənkəran. Ağəddin Babayev – APA. Lənkəran Şəhər Polis Şöbəsi (ŞPŞ) əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayonun Şağlaser kənd sakini, 1963-cü il təvəllüdlü Gülşadə Əli qızı Cəbrayılovanı qarət etmiş şəxslər həbs olunub. Bu barədə APA-nın cənub bürosuna ŞPŞ-nin müstəntiqi Hikmət Ağayev məlumat verib. Onun sözlərinə görə, avqustun 20-dən 21-ə keçən gecə Gülşadə Cəbrayılova toy şənliyindən evə qayıdarkən rayonun Vilvan kənd sakinləri Elvin Müqabil oğlu Hacıyev və Zaman Mehman oğlu Davudov ona hücum edərək, boynundakı qızıl-zinət əşyalarını aparıblar.

Faktla bağlı Lənkəran ŞPŞ-də Cinayət Məcəlləsinin 180.2.1 maddəsi ilə cinayət işi başlanılıb, araşdırma aparılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR