Bank Of Baku

Azərbaycan paytaxtında partlayış baş verib, ölən və yaralananlar var – YENİLƏNİB

Azərbaycan paytaxtında partlayış baş verib, ölən və yaralananlar var – <font color=red>YENİLƏNİB </font>
# 22 avqust 2008 11:55 (UTC +04:00)
APA-nın hadisə yerində olan əməkdaşının məlumatına görə, saat 12.55 radələrində baş verən partlayış nəticəsində iki nəfər ölüb, iki nəfər isə yaralanıb. Dünyasını dəyişən şəxslər transformatorda təmir işləri aparan “Bakıelektrikşəbəkə” Açıq Səhmdar Cəmiyyətinin əməkdaşları Kamal Bayramov və Elmar İsmayılovdur. Xəsarət alanlar isə Bakı şəhər sakini, 57 yaşlı Cəsur Məmmədov və Pərviz Seyidovdur. Hər iki yaralı xəstəxanaya yerləşdirilib.

Hadisə yerinə baş prokurorun I müavini Rüstəm Usubov gedib. Hazırda Fövqəladə Hallar Nazirliyinin, Baş Prokurorluğun və Rayon Polis İdarəsinin əməkdaşları hadisə yerində araşdırma aparırlar. Partlayışın səbəbləri məlum deyil. Jurnalistlər hadisə yerinə buraxılmayıblar. Hələlik mətbuata heç bir açıqlama verilməyib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR