Bank Of Baku

Azərbaycanın Tovuz rayonunda baş verən kütləvi zəhərlənmənin səbəbləri məlum olub

Azərbaycanın Tovuz rayonunda baş verən kütləvi zəhərlənmənin səbəbləri məlum olub
# 25 avqust 2008 10:08 (UTC +04:00)
Tovuz. Nəzakət Məşədiəliqızı - APA. Avqustun 19-da Tovuz rayonunun Aşağı Öysüzlü kəndində toyda baş verən kütləvi zəhərlənmənin səbəbi məlum olub. Mərkəzi Rayon Xəstəxanasının baş həkim əvəzi Yusif Kəsəmənlinin APA-nın qərb bürosuna bildirib ki,
toy iştirakçıları ev şəraitində hazırlanmış toyuq soyutmasından zəhərləniblər. Toyuq soyutmasında salmanella xəstəliyi aşkarlanıb. Bundan başqa, toyda qonaqlara verilən və yerli istehsal olan meyvə şirəsində bağırsaq çöplərinin olduğu da müəyyənləşib.

Qeyd edək ki, Tovuz rayonunun Aşağı Öysüzlü kəndində keçirilən toy mərasimində 147 nəfər zəhərlənib. Mərkəzi Rayon Xəstəxanasına müraciət edən xəstələrdən 127-si tibbi yardım göstərildikdən sonra evə buraxılıb, vəziyyəti orta-ağır olan 20 nəfərsə xəstəxanaya yerləşdirilib. Vəziyyəti orta-ağır olanlardan beşi azyaşlıdır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR