Bank Of Baku

Riqada yaşayan həyat yoldaşı ilə görüşmək üçün Rusiya-Latviya sərhədini qeyri-leqal keçmək istəyən Azərbaycan vətəndaşı saxlanılıb

Riqada yaşayan həyat yoldaşı ilə görüşmək üçün Rusiya-Latviya sərhədini qeyri-leqal keçmək istəyən Azərbaycan vətəndaşı saxlanılıb
# 25 avqust 2008 10:50 (UTC +04:00)
Riqa - APA. Rusiya - Latviya sərhədini qeyri-leqal keçməyə cəhd göstərən Azərbaycan vətəndaşı saxlanılıb. APA-nın məlumatına görə, adı açıqlanmayan həmin şəxs artıq ikinci dəfədir ki, sərhədi qeyri-qanuni keçməyə cəhd göstərir. Latviyanın hüquq-mühafizə orqanları ilk dəfə - bu ilin iyul ayında onu inzibati qaydada cəzalandıraraq Rusiya tərəfinə təhvil versələr də, bu dəfə onu cinayət məsuliyyəti gözləyir.

Saxlanılan azərbaycanlının hazırda həbsdə olduğunu yazan “Teleqraf” qəzetinin məlumatına görə, həmin şəxs Latviya vətəndaşı olan həyat yoldaşı ilə görüşmək üçün sərhədi keçmək istəyib.

Qəzet Azərbaycan vətəndaşının bu hərəkətinin qürurverici olduğunu yazıb və bunu alqışlayıb: “Bu hərəkət hörmətə layiqdir, hətta hansısa filmin mövzusu ola bilər. Təsəvvür edin, Latviya sərhədçiləri azərbaycanlını saxlayıb geri qaytarırlar, o isə növbəti dəfə inadkarcasına həyat yoldaşı ilə görüşmək üçün Riqaya can atır, hətta bunun üçün həyatını təhlükə qarşısında qoyur. Lakin onların arasında təkcə sərhədçilər dayanmır, ailənin birləşməsinə Şengen konvensiyası da mane olur”.

Hazırda faktla bağlı araşdırma aparılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR