Bank Of Baku

Xətaidə iki nəfərin ölümü ilə nəticələnən avtomobil qəzası baş verib

Xətaidə iki nəfərin ölümü ilə nəticələnən avtomobil qəzası baş verib
# 25 avqust 2008 11:20 (UTC +04:00)
Bakı – APA. Bu gecə Xətai rayonu ərazisində iki nəfərin ölümü ilə nəticələnən avtomobil qəzası baş verib. APA-nın məlumatına görə, Ağdam rayon sakini Qabil Tağıyevin idarə etdiyi “Tofaş” markalı və Şərur rayon sakini Nurəddin Ramazanovun idarə etdiyi “QAZel” markalı avtomaşınlar toqquşub. Nəticədə Q. Tağıyev və “Tofaş”-ın sərnişini, Şəki rayon sakini Dinyamin Babaşov hadisə yerində ölüblər. Xəsarət alan digər sərnişinləri isə xəstəxanaya yerləşdiriliblər. Xətai RPİ tərəfindən araşdırmalar aparılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR