Bank Of Baku

Salyanda iki maşın toqquşub, 5 nəfər yaralanıb

Salyanda iki maşın toqquşub, 5 nəfər yaralanıb
# 25 avqust 2008 12:40 (UTC +04:00)
Salyan. Əlibəy Zeynalov - APA. Salyanda baş vermiş avtomobil qəzasında 2 nəfər ağır, 3 nəfər isə yüngül bədən xəsarəti alıb. Bu barədə APA-nın Mil-Muğan bürosuna Salyan Rayon Polis Şöbəsindən bildirilib. Rafət Kərimulla oğlu Rüstəmovun idarə etdiyi 47-BB-566 dövlət nömrə nişanlı, “VAZ 21011” markalı avtomobillə Hüseyn İlham oğlu İsmayılovun idarə etdiyi 10-GL-684 dövlət nömrə nişanlı “Toyota” markalı avtomobillər toqquşub. Nəticədə “VAZ 21011”-in sərnişini 1981-ci il təvəllüdlü Fariz Tağıyevin sağ gözü çıxıb, Rafət Rüstəmovun isə sol bud sümüyü sınıb. Faktla bağlı Salyan Rayon Polis Şöbəsində araşdırma aparılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR