Bank Of Baku

Şəkidə meşə ərazisində yanğın başlayıb

Şəkidə meşə ərazisində yanğın başlayıb
# 25 avqust 2008 15:59 (UTC +04:00)
Şəki. Hafiz Heydərov-APA. Şəkidə meşə ərazisində yanğın başlayıb. Yerli sakinlərin APA-nın Şəki-Zaqatala bürosuna verdiyi məlumata görə, yanğın hadisəsi rayon mərkəzindən 53 kilometr aralıda, Cəyrili kəndi ərazisində yerləşən meşə zolağında baş verib.

Fövqəladə Hallar Nazirliyinin Şəki rayon Yanğından Mühafizə Xitmətinin (YMX) iki yanğınsöndürən maşını və xilasetmə qrupu yanğın baş verən əraziyə göndərilib.

Şəki YMX-dən APA-nın yerli bürosuna bildirilib ki, hələlik yanğının baş vermə səbəbləri məlum deyil. Yanğın nə qədər ərazini əhatə etməsi barədə də idarəyə məlumat daxil olmayıb. Hazırda meşə zolağında baş vermiş yanğının qarşısının alınması istiqamətində tədbirlər həyata keçirilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR