Bank Of Baku

Güclü yağışlar İsmayıllı rayonuna 1 milyon manatadək ziyan vurub

Güclü yağışlar İsmayıllı rayonuna 1 milyon manatadək ziyan vurub
# 01 sentyabr 2008 09:38 (UTC +04:00)
İsmayıllı. Şahnəzər Bəşirov-APA. İlkin hesablamalara görə, yağan güclü yağışlar nəticəsində İsmayıllı rayonuna 1 milyon manatadək ziyan dəyib. Bu barədə APA-nın Şimal bürosuna İsmayıllı rayon İcra Hakimiyyəti başçısının müavini, rayon Fövqəladə Hallar Komissiyasının sədri Rəfael Əhmədov bildirib. Girdman çayının daşması nəticəsində İsmayıllının Lahıc qəsəbəsinə ciddi ziyan dəyib. Lahıc qəsəbəsini Girdman çayının sel sularından mühafizə edən 220 metr uzunluğunda olan beton bənd yararsız hala düşüb. Girdman çayı boyunca olan elektrik dirəkləri aşıb. Çayın üzərində olan iki körpünün mühafizə zolağı dağılıb. Çay boyunca olan kəndlərin həyətyanı sahələrini su basıb.
İsmayıllı şəhərini içməli su ilə təmin edən anbar yararsız hala düşüb, şəhərdə içməli su problemi yaranıb. Oxut çayında suyun səviyyəsinin qalxması nəticəsində İsmayıllı rayonunu Xanagah, Cülyan kəndlərini də su basıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR