Bank Of Baku

68 yaşlı Şəki sakini intihar edib

68 yaşlı Şəki sakini intihar edib
# 01 sentyabr 2008 10:21 (UTC +04:00)
Şəki. Hafiz Heydərov-APA. Xərçəng xəstəliyindən əziyyət çəkən 68 yaşlı Şəki sakini intihar edib. Bu barədə APA-nın Şəki-Zaqatala bürosuna Şəki rayon prokurorluğundan məlumat verilib. Şəki şəhər sakini, 1940-cı il təvəllüdlü Nurəli Zahid oğlu Qafarov yaşadığı həyətdə tut ağacından özünü asaraq intihar edib. İntiharın səbəblərini araşdıran istintaq qrupu mərhumun uzun illər xərçəng xəstəliyindən əziyyət çəkdiyini müəyyənləşdirib. Xəstəliyin əziyyətinə dözə bilməyən 68 yaşlı qoca çıxış yolunu intihar etməkdə görüb. Faktla bağlı Şəki rayon prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanılıb, araşdırma aparılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR