Bank Of Baku

Bakı, Quba və Dəvəçi baş verən yol qəzalarında 6 nəfər ölüb

Bakı, Quba və Dəvəçi baş verən yol qəzalarında 6 nəfər ölüb
# 02 sentyabr 2008 11:07 (UTC +04:00)
Bakı-APA. Sentyabrın 1-də saat 09.30 radələrində Suraxanı rayonunun Zığ qəsəbəsi ərazisində, Bakı şəhər sakinləri Tərlan Rəşidovun idarə etidyi "Hammer" markalı və Aslan Cəfərovun idarə etdiyi "QAZ-24" markalı avtomaşınlar toqquşub. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, nəticədə A. Cəfərovun sərnişini Kamal Məmmədov hadisə yerində ölüb, xəsarət alan digər sərnişinlər xəstəxanaya yerləşdiriliblər. Həmin gün saat 12.30 radələrində Qaradağ rayonunun Sahil qəsəbəsi ərazisində, qəsəbə sakini Rais Quliyev "KamAZ" markalı avtomaşını idarə edərkən həmyerlisi Şəfiqə Gülbalayevanı vurub. Nəticədə Ş. Gülbalayeva hadisə yerində ölüb. Saat 19.00 radələrində isə Nəsimi rayonunun Bakıxanov küçəsində, Zığ qəsəbə sakini Asəf Əsgərov "VAZ-2106" markalı avtomaşını idarə edərkən 65-70 yaşlı kişini vurub. Nəticədə həmin kişi hadisə yerində ölüb. Sentyabrın 1-də saat 12.30 radələrində Quba rayonu ərazisində başverən yol qəzası da ölümlə nəticələnib.
Nügədi kəndi ərazisində, rayon sakini Qoşqar Məmmədovun idarə etdiyi "RAF" markalı, Bakı şəhər sakini Ramazan Aslanovun idarə etidyi "VAZ-2107" markalı və Xaçmaz rayon sakini Eldar İlyasbəyovun idarə etdiyi "Niva" markalı avtomaşınların toqquşması nəticəsində E. İlyasbəyov hadisə yerində ölüb.
Həmin gün saat 12.00 radələrində isə Dəvəçi rayonunun Təzəkəd kəndi ərazisində, rayon sakini Sahib Mövsümovun idarə etidyi "Hyundai" markalı və Sabirabad rayon sakini Mustafa Mustafayevin idarə etdiyi "Akkord" MMC-yə məxsus "Şaqman" markalı avtomaşınlar toqquşması nəticəsində S. Mövsümov və sərnişini Balami Abbasov hadisə yerində ölüblər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR